Yasamal Telefon Qovşağı


430/431/530, 432/433/434, 438/439/510, 560/568/569/513/413, 491, 494/495/596, 401, 402, 406, 581, 511 indeksli ATS-lər bu qovşağın xidmət ərazisindədir. Ümumi nömrə tutumu 166 min nömrədir. Qovşağın inzibati binası «İnşaatçılar» metro stansiyasının yaxınlığındadır, Şərifzadə küçəsi 75 ünvanında yerləşir. Yasamal Telefon Qovşağında 483 nəfər mühəndis, texniki işçi və qulluqçu işləyir. Qovşaq abunəçilərə məftilli və məftilsiz CDMA telefon xidmətlərini, müxtəlif çeşidli servisləri, ADSL, İP-TV, video telefon, İSDN rabitələrini təqdim edir.

            ATS 430/431/530 – Nəsimi rayonu ərazisində «Memar Əcəmi» metro stansiyasının yaxınlığında yerləşir. Əvvəl 31 indeksi ilə işləmiş köhnə dekod-addım tipli stansiya 1998-ci ildə rekonstruksiya olunmuş, S-12 tipli, 30/31 indeksli, 15912 nömrə tutumlu elektron ATS-ə dəyişdirilmişdir. 2006-cı ildə ATS-in inzibati binasında 530 indeksli NGN tipli yeni ATS quraşdırılmışdır. ATS-in xidmət sahəsinə 1,2,3-cü mikrorayonlar və Alatava yaşayış sahəsi daxildir. ATS 430/431/530-un abunəçi tutumu 22 336 nömrədir. Stansiya və xətt sahəsində 43 nəfər çalışır.

  ATS 432/433/434 – Yasamal rayonu ərazisində «İnşaatçılar» metro stansiyasının yaxınlığında yerləşir. 32 indeksi ilə işləyən köhnə dekad-addım sistemli stansiya 2002-ci ildə rekonstruksiya olunmuş, DMS tipli 32/34 indeksli elektron ATS-ə dəyişdirilmişdir. 2003-cü ildə ATS ərazisində 33 indeksli nömrələr istifadəyə verilmişdir.  ATS-in xidmət sahəsinə 1-5 Yasamal yaşayış sahəsi, Yeni Yasamal yaşayış massivi, I və II Alatava yaşayış zonaları daxildir. ATS 432/433/434-ün abunəçi tutumu 24 751 nömrədir. Stansiya və xətt sahəsində 43 nəfər çalışır. 

       ATS 438/439/510 – Yasamal rayonu ərazisində «Elmlər Akademiyası» metro stansiyasının yaxınlığında yerləşir. 38/39 indeksli koordinat tipli stansiya 1980-ci ildə istifadəyə verilmişdir. Quraşdırılmış tutum 20 000 nömrə olmuşdur. 2005-ci ildə ATS-in inzibati binasında işləyən kiçik tutumlu EATS-lər rekonstruksiya olunmuş, 510 indeksli NGN tipli ATS quraşdırılmışdır. ATS-in abunəçi tutumu 8720 nömrədir. ATS 438/439/510-nun xidmət sahəsinə Səbayıl və Yasamal rayonlarının bir hissəsi daxildir. ATS-in abunəçi tutumu 28 720 nömrədir. Stansiya və xətt sahəsində 66 nəfər çalışır.

        ATS 460/468/469/513/413- Binəqədi rayonu ərazisində VI mikrorayonda yerləşir. Əvvəl 68/69 indeksi ilə işləyən koordinat tipli stansiya 1988-ci ildə istismara buraxılmışdır. Abunəçi tutumu 20 000 nömrə olmuşdur. 1992-ci ildə bu binada 60 indeksli koordinat tipli stansiya istismara buraxılmışdır. 2006-cı ildə ATS rekonstruksiya olunmuş 560/568/569/513/413 indeksli yeni NGN tipli stansiya quraşdırılmışdır.  Yeni ATS-in abunəçi tutumu 30 560 nömrədir. 3,4,5,6,9-cu mikrorayonlar, Xutor və Alatava yaşayış sahələri stansiyanın xidmət ərazisinə daxildir.  Stansiya və xətt sahəsində 48 nəfər çalışır.

       ATS 491 – Səbayıl rayonunun Bayıl yaşayış sahəsində yerləşir. 91 indeksi ilə işləyən köhnə – addım sistemli stansiya 2004-ci ildə rekanstruksiya oiunmuş S-12 tipli elektron ATS quraşdırılmışdır. ATS-in xidmət ərazisinə Səbail rayonunun Bayıl yaşayış sahəsi daxildir. Abunəçi tutumu 8732 nömrədir. Stansiya və xətt sahəsində 31 nəfər çalışır.

            ATS 494/495/596 Yasamal rayonu ərazisində «Nizami» metrostansiyasının yaxınlığında yerləşir. 94/95 indeksli koordinat tipli stansiya 1984-cü ildə istifadəyə verilmişdir. Abunəçi tutumu 19 000 nömrədir. 2006-ci ildə ATS-in inzabati binasında işləyən kiçik tutumlu ATS-lər rekonstruksiya olunmuş və 596 indeksli NGN tipli yeni ATS quraşdırılmışdır. ATS-in abunəçi tutumu 7 964 nömrədir. ATS494 /495/596-nın xidmət sahəsinə Yasamal və Nəsimi rayonlarının ərazilərinin bir hissəsi düşür. Abunəçi tutumu 26 964 nömrədir. Stansiya və xətt sahəsində 75 nəfər çalışır.

        ATS 401 – Binəqədi rayonunun Yeni Biləcəri qəsəbəsində yerləşir.  2001-ci ildə 433 indeksli DRX-4 tipli ATS quraşdırılmışdır. 2007-ci ildə kiçik tutumlu ATS-lər rekonstruksiya olunmuş C&CO8 tipli 5472 nömrəlik və NGN tipli 1312 nömrəlik ATS-lər quraşdırılmışdır. ATS-lərin xidmət ərazisinə Yeni Biləcəri qəsəbəsi, Nurlu Gələcək yaşayış sahəsi daxildir. Stansiya və xətt sahəsində 14 nəfər çalışır. 

        ATS 406 – Binəqədi rayonunun köhnə Biləcəri qəsəbəsində yerləşir. 1998-ci ildə 30 indeksli S-12 tipli stansiya quraşdırılmışdır. 2006-cı ildə ATS-in indeksi dəyişdirilib 406 olmuşdur. Abunəçi tutumu 5 632 nömrədir. Köhnə Biləcəri qəsəbəsi, Motodrom və yeni yaşayış massivləri ATS-in xidmət ərazisinə daxildir. Stansiya və xətt sahəsində 16 nəfər çalışır.

           ATS 402- Səbayıl rayonunun Badamdar qəsəbəsində yerləşir. 2000-ci ildə 60 indeksli 1000 nömrə tutumlu PSK yarımstansiyası quraşdırılmışdır. 2002-ci ildə rekonstruksiya edilmiş 2560 nömrə tutumlu DMS tipli elektron ATS quraşdırılmışdır. 2006-cı ildə ATS-in indeksi 402-ya dəyişdirilib. Stansiyanın abunəçi tutumu5632 nömrədir. Xidmət ərazisinə Badamdar yaşayış sahəsi düşür. Stansiya və xətt sahəsində 14 nəfər çalışır.

      ATS 581 – Səbayıl rayonu 20-ci yaşayış sahəsində yerləşir. 2004-cü ildə 491 indeksli S-12 tipli elektron ATS quraşdırılmışdır. Quraşdırılmış abunəçi tutumu 3584 nömrə olmuşdur. 2006-cı ildə rekonstruksiya olunmuş 581 indeksli NGN tipli ATS quraşdırılmışdır. Abunəçi tutumu 5440 nömrədir. Xidmət ərazisinə 20-ci sahə, Xanlar, Şix yaşayış sahələri daxildir. Stansiya və xətt sahəsində 14 nəfər çalışır.

            ATS 511 – Yasamal rayonu ərazisində «Elmlər Alademiyası» metrostansiyasının yaxınlığında yerləşir. ATS CDMA tiplidir. Məftilsiz stasionar telefon rabitəsi xidməti göstərir. Yasamal Telefon Qovşağının abunəçilərinə 1500 ədəd nömrə quraşdırılmışdır.