|
Xətai
Telefon Qovşağı- Bakı şəhəri, M.Mehdizadə küçəsi 14 ünvanında,
Xətai rayonunun ərazisində yerləşir və 1965 ci ildə təşkil
edilmişdir. Əvvəllər Mərkəzi Telefon Qovşağı kimi fəaliyyət
göstərib. Nömrə tutumu 129 mindən artıqdır. Qovşağın xidməti
ərazisində 561/562/563 saylı, 564/565 saylı, 566/567/514 saylı,
440/441/449/541 saylı, 493/498/598 saylı, 411 saylı, 412 saylı
EATS-lər kimi böyük tutumlu telefon stansiyaları, Böyük Şor və
Keşlə qəsəbələrində 7 ədəd ONU tipli müasir EATS-lər fəaliyyət
göstərir. Qovşaqda 416 nəfər mühəndis texniki işçi, qulluqçu
işləyir.
*561/562/563 saylı EATS i Naxçıvani küçəsi 22
ünvanında, Binəqədi rayonu ərasizində yerləşir. Əvvəllər ATS
61/62 kimi fəaliyyət göstərən bu stansiya 20000 nömrə tutumu
ilə 1980 ci ildə istifadəyə verilmişdir.1996 cı ildə bu
stansiyanın indeksinə ATS-63 indeksidə əlavə olaraq ilkin
mərhələdə 2000 nömrə tutumu istifadəyə verilmişdir. Sonradan
ATS-63 saylı stansiyanın tutumu 4500 nömrəyə çatdırılmışdır.
561/562/563
saylı EATS 2006 cı ilin dekabr ayında rekonstruksiya olunaraq
NGN tipli müasir stansiya ilə əvəz edilmişdir. NGN tipli müasir
stansiya 25.968 ümumi nömrə tutumuna malikdir. Stansiyanın
video telefon, IP-TV, geniş zolaqlı internet və s. multi media
xidmətləri var. Xidməti ərazisinə Binəqədi rayonu, Nəsimi
rayonunun bir hissəsi, 7-ci və 8-ci mikrorayonları, Nərimanov
rayonunun bir hissəsi daxildir. Stansiya və xətt sahəsində 46
nəfərə yaxın mühəndis, texniki işçi və qulluqçu çalışır.
*564/565
saylı EATS-i H.Əliyev küçəsi 132 ünvanında, Nərimanov rayonu
ərazisində yerləşir. 1965 ci ildən istifadəyə verilmiş bu
stansiya ATS-64 kimi fəaliyyətə başlamışdır. 564/565 saylı EATS
rekonstruksiya olunaraq 2005 ci ilin oktyabr ayından istifadəyə
verilmişdir. Stansiyanın video telefon, IP-TV, geniş zolaqlı
internet və s. multi media xidmətləri var. NGN tipli müasir
stansiya 11.224 ümumi nömrə tutumuna malikdir. NGN tipli
stansiyalar arasında qovşaq funksiyasını yerinə yetirir. Xidməti
ərazisinə Nərimanov rayonu, Təkrar qara metal yaşayış sahəsi
və Nəsimi rayonunun bir hissəsi daxildir. Stansiya və xətt
sahəsində 37 nəfərə yaxın mühəndis, texniki işçi və qulluqçu
çalışır.
*566/567/514 saylı EATS-i A.Neymətulla küçəsi 18 ünvanında,
Nərimanov rayonu ərazisində yerləşir. ATS 66/67 kimi fəaliyyətə
başlamış bu stansiya 1979 cu ildən istifadəyə verilmişdir.
Stansiya koordinat tipli olmuşdur. 566/567/514 saylı EATS -i
rekonstruksiya olunaraq müasir tipli yeni NGN stansiyası ilə
əvəz edilmişdir. Rekonstruksiya işi 2006 ci ilin may ayında tam
başa çatmışdır. Stansiyanın video telefon, IP-TV, geniş zolaqlı
internet və s. multi media xidmətləri var. NGN tipli müasir
stansiya 28.326 ümumi nömrə tutumuna malikdir. Xidməti
ərazisinə Nərimanov rayonu, Xətai rayonunun və Nizami rayonunun
bir hissəsi daxildir. Stansiya və xətt sahəsində 62 nəfərə
yaxın mühəndis texniki işçi qulluqçu çalışır.
*493/498/598 saylı EATS-i Səbail rayonu ərazisindəki Sahil
metrosunun yaxınlığında, Ü.Hacıbəyov küçəsi 24 ünvanında,
BTRİB-in inzibati binasında yerləşir. Stansiya şəbəkənin ilk
stansiyalarından biridir.
1993-cü ilə
kimi dekada addım tipli stansiya kimi fəaliyyət göstərmişdir.
1992-ci ildə Türkiyə Respublikasının NETAŞ şirkəti tərəfindən
rekonstruksiya olunmuşdur. Respublikamızda ilk elektron tipli
ATS kimi fəaliyyət göstərir. Stansiyanın xidməti ərazisi
genişdir.Elektron tipli 493/498 saylı ATS çoxfunksiyalı
servislərə malik olduğu üçün modemlər və şəhərlərarası magistral
xətlər vasitəsilə Respublikamızın müxtəlif rayonlarında da bu
stansiyanın xidmətindən istifadə olunur.Bundan başqa ATS eyni
zamanda 49 nömrəli qovşaq funksiyasını və xüsusi xidmət qovşağı
funksiyasını yerinə yetirir. DMS-100 tipli bu EATS in stansiya
və xətt sahəsində 49 nəfər elektronçu mühəndis və texnik
çalışır. Abunəçilərin müasir rabitə sahəsinə olan təlabatını
nəzərə alaraq 493/498 saylı EATS-nin tərkibində 2007 ci ildə 598
indeksi ilə başlayan yeni NGN tipli stansiya quraşdırılaraq
istismara verilmişdir. 493/498 saylı EATS-in nömrə tutumu 5528
nömrə artırılaraq 493/498/598 saylı EATS-in ümumi tutumu 25.644
nömrəyə çatdırılmışdır.
*440/441/449/541 saylı EATS-i S.Rüstəm küçəsi 54 ünvanında,
Nəsimi rayonu ərazisində yerləşir. Əvvəllər ATS-96 kimi
fəaliyyət göstərən köhnə dekada-addım tipli bu stansiya 1998-ci
ildə Türkiyə Respublikasının ALKATEL firması tərəfindən
tamamilə rekonstruksiya olunub genişləndirilmişdir. S-12 tipli
440/441 saylı və CCo8 tipli 449 saylı stansiyaların ümumi
25.644 nömrə tutumu vardır. Abunəçilərin müasir rabitə sahəsinə
olan təlabatını nəzərə alaraq 440/441 saylı EATS-nin tərkibində
2007 ci ildə 541 indeksi ilə başlayan yeni NGN tipli ONU
stansiyaları quraşdırılmışdır. Günün təlabatına cavab verən bu
stansiyalar Ü.Bünyadzadə 17 və Azadlıq prospekdi 116
ünvanlarında quraşdırılmışdır.
440/441/449/541 saylı EATS-i 4 indeksilə başlayan şəbəkə
ATS-ləri üçün 4 nömrəli qovşaq funksiyasını yerinə yetirir.
Bundan başqa müasir xidmətlərin İSDN (inteqral xidmətli rəqəm
şəbəkəsi) və internet xidmətlərinin abunəçilərə çatdırılması
üçün bu stansiyada müvafiq avadanlıqlar da quraşdırılmışdır.
Stansiyanın
xidməti ərazisinə Nəsimi və Nərimanov rayonlarının bir hissələri
daxildir.EATS-in stansiya və xətt sahələrində 48 nəfər
elektronçu mühəndis və texnik çalışır.
*411 saylı
EATS-i Ramazan küçəsi 55 ünvanında, Binəqədi rayonunun
Binəqədi qəsəbəsində yerləşir.CCo8 tipli bu stansiya əsasən
Binəqədi qəsəbəsinə və ətraf yaşayış sahələrinə telefon rabitə
xidməti göstərir. Stansiyanın ümumi tutumu 5.408 nömrədir.
Stansiya və xətt avadanlıqlarına 14 nəfər mütəxəssiz xidmət
göstərir.
*412 saylı
EATS-i H.Ağamalıyev küçəsi 2 ünvanında, Binəqədi rayonunun
Rəsulzadə qəsəbəsində yerləşir.CCo8 tipli bu stansiya əsasən
Rəsulzadə qəsəbəsinə və ətraf yaşayış sahələrinə telefon rabitə
xidməti göstərir. Stansiyanın ümumi tutumu 6.480 nömrədir.
Stansiya və xətt avadanlıqlarına 17 nəfər mütəxəssiz xidmət
göstərir.
|