Ümumi məlumat 
BTRİB öz fəaliyyətində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin normativ sənədlərinə, Azərbaycan Respublikasının rabitə haqqında və müəssisələr haqqında qüvvədə olan qanunvericiliyinə, o cümlədən 1997-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış Nizamnaməsinə əsaslanır.
BTRİB Bakı şəhəri vərazisində dövlət hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə fasiləsiz, yüksək keyfiyyətli bütün növ telefon və radiorabitəsi xidmətləri göstərir. BTRİB tam təsərrüfat hesabı və özünü maliyyələşdirmə prinsiïləri əsasında fəaliyyət göstərir.
Baş idarənin tərkibində aşağıdakı bölmələr fəaliyyət göstərir:
* lokal kompyüter şəbəkəsi;
* informasiya texnologiyaları laboratoriyası;
* stansiya xidməti sexi;
* xətt xidməti sexi;
* mühasibat uçotu şöbəsi;
* maliyyə və əmək haqqı şöbəsi;
* hüquq şöbəsi;
* kadrlar şöbəsi;
* cari-inkşaf şöbəsi;
* investisiya şöbəsi;
* xüsusi şöbə
* xüsusi ovyektlərə xidmət şöbəsi;
* dispetçer xidməti;
* sorğu-məlumat sexi;
* nəqliyyat sexi.
* "Bakinternet" internet xidmətləri şöbəsi;
* Marketinq şöbəsi;

BTRİB öz funksiyalarının bir hissəsini onun struktur bölmələri olan aşağıdakı Telefon Qovşaqları və hüquqi şəxs statuslu müəssələri vasitəsilə həyata keçirir.
* Xətai Telefon Qovşağı
* Yasamal Telefon Qovşağı
* Nizami Telefon Qovşağı
* Sabunçu Telefon Qovşağı
* Əzizbəyov Telefon Qovşağı
* Qaradağ Telefon Qovşağı
* Bakı Telefon Avtomatları Qovşağı
* Bakı Şəhər Radioyayım Qovşağı
* Bakı Kabel Qovşağı
* Rabitə qurğularının tikintisi və təmiri idarəsi
* “Azərrabitəlayihə” Layihə-Axtarış Kontoru.