BAKTELEKOM

YARANMA TARİXİNDƏN
 

  1880-ci il  Bakıda “Qafqaz və Merkuri” Gəmiçilik Şirkəti tərəfindən ilk telefon xətti inşa edilir. 1882-ci il Oktyabrın 12-də S.Peterburq şəhərində E.Qolçqauer Bakı şəhər Başçısına müraciət edərək mərkəzi telefon stansiyasının istismara verilməsi üçün şərait yaradılmasını xahiş etmişdir.

   1885-ci il 9 iyulda Bakı Teleqraf Stansiyasının rəisi Bakı şəhərinin başçısına müraciət edərək Bakı şəhərində ümumistifadəli telefon şəbəkəsi yaradılması üçün Mərkəzi Stansiya tikilməsi haqqında layihənin hazirlandığını bildirmışdir.

 1886-cı il  Baki şəhərində telefon stansiyası tikilməsi ve 20 il istismar olunmasi haqqında (mayın 25-də) Peterburq şəhərində Baş Poçt Teleqraf İdarəsi ile Moskvanın birinci dərəcəli taciri arasında 40 maddədən ibarət kontrakt uyğun olaraq tikinti işlərinə başlqnılıir.

 1906-cı il  Telefon şəbəkəsinin icarə vaxti başa çatdığına görə 1886-cı il tarixli kontrakta uyğun olaraq Bakı telefon şəbəkəsi mayın 26-da şəhər idarəetməsinə verilir.

 1907-ci il Bakının mərkəzi hissəsinə xidmət edən 1200 abonent üçün 7 ədəd ikiyüzlük kommutator olmuşdur. Hər bir kommutator 171 abunəçiyə xidmət edir. Hər kommutatord 3 nəfər qadın işləyir. Hər telefonçu qadına orta hesabla 57 abunəçiç işin çox olduğu vaxtlarda orta hesabla 5 çağırış düşür.

 Tiflis Poçt teleqraf Dairəsi İdarəsi ilə “Bierinq və Kompaniya” şirkəti arasında bağlanmış kontrakta görə Bakı telefon şəbəkəsi aprelin 13-də həmin şirkətə 20 illik (13.04.1927-ci ilə qədər) icarəyə verilir.

 16 apreldə Bakı elefon Şəbəkəsi yeni kontrakta uyğun olaraq “Bierinq və Kompaniya” cəmiyyəti tərəfindən qəbul edilir ve təhvil-təslim işləri qəbul edir.

 1908-ci il  Bakı Şəhər Duması fevralın 5-də telefon şəbəkəsinin genişləndirilməsi haqda qərar qəbul edir.

 1911-ci il  Yanvarın 3-də Azərbaycanın neft milyonçuları Musa Nağiyev müəssisəsinin telofon xidməti üçün ödənişlə əlaqədar Bakı şəhər telofon şəbəkəsinin hökümət inspektoruna müraciət etmişdir.

  Sentyabrın 5-də Bakı Şəhər İdarəsi binaların yanıda, küçələrdə taksofon quraşdırlması haqda qərar qəbul edir.

 Dekabrın 23 də Bakı – Gəncə (Yelizavetpol) – Tiflis şəhərlərarası rabitədən istifad Qaydaları təsdiq olunur.

 1916-ci il  Avqustun 5-də Bakı telefon şəbəkəsində telfon şəbəkəsində telofon rabitəsindən istifadə qaydaları hazırlanır və təsdiq edilir.

 1917-cil il  Mayın 25-də Azərbaycanın Milli Şurası müstəqillik haqqında Bəyannamə qəbul edir. Müvəqqəti hökuməti tərkibində Xudadat bəy Məlik-Aslanov yollar, poçt və teleqraf naziri təyin edilir.

  Mayın 28-də Azərbaycan Demokratik Respublikasi elan edilir. II Kabin hökumətdaxili dəyişiklikdən sonra oktyabrın 6-da Poçt və Teleqraf Nazirliyi yaradılır olunur.

 1920-ci il- N.Nərimanovun imzaladığı Dekret əsasında “Bierinq və Kompaniya” şirkətinin bütün telefon müəssisələri milliləşdirilir.

 1928-ci il- Bakıda telefon nömrələrinin sayı 5.185-ə çatır 1930- ci il Maştağada əl ilə xidmət olunan telefon stansiyasi tikilir.

 1932-ci il  Bakı şəhərində ilk avtomatik telofon stansiyası (ATS-3) istismara verilir.
Mayın 25-də Azərbaycanda “Soyuzpeçat” kontoru təşkil edilir.

 1933-cü il  Noyabrın 7-də Bakı ətrafında, Sabunçu qəsəbəsində ATS-4 işə salınır. İlk 3 xətli texniki qovşaqlar (Bakı Yevlax, Prişib) təşkil edilir. Bakı Rabitə Elektrotexnikumunun orta ixtisas təhsilli ilk buraxılışı olur. Telefon stansiyalarının sayı 63 ədəd olub. Bunlardan 2-si ATS 54-ü Yb 7 ədədi isə MB* sistemli idi.
 Bakı şəhərlərarası stansiyası şəhər telefon şəbəkəsi tərkibindən ayrılaraq müstəqil təsərrüfat olur.

 1935-ci il  Bakıda telefon şəbəkəsinin tutmu 12.150 nömrəyə çatır. Tutumun artması Suaraxanı, Binəqədi, Mərdəkan və digər qəsəbələrdə kiçik tutumlu, əl ilə xidmət edilən batareya sistemli (ƏTS) telefon stansiyalarının tikintisi hesabına baş verir. Buna baxmayaraq telefona olan tələbat ödənilmlr. 20 ədəd taksafon olub.

 1949-cu il  Azərbaycan SSR* Nazirlər Soveti Bakı şəhərində iki ATS-in –Səbayel (Voroşilov) rayonunda Krasnaya küçəsi ilə Lermantov küçəsinin kəsişməsində 99-cu məhəllədə (indiki Bünyadzadə-1) ATS-2 (indiki 92/97) və ATS-7 (ATS-37 – indiki ATS 38/39) tikilməsi üçün sərəncam imzalayır.

 1952-ci il  Bakıda montaj tutumu 3.000 nömrə olan addım tipli ATS-2 (indiki ATS-92) istifadəyə verilir. Azərbaycanda ilk dəfə qısa dalğada 120 kvt-lıq verici qurularaq xaricə yayım radio proqramları təşkil edilir. Mingəçevirdə əl ilə idarə olunan 800 nömrəlik telefon stansityası qurulur.

 1959-cu il  Bakıda ATS-6 (ATS-96- indiki 440/441) stansiyasi istismara verilir. 1977-ci il Noyabrın 5-də Bakının Buzovma qəsəbəsində tutumu 3000 nömrə olan ilk koordinat tipli ATS istismara verilir.

 1981-ci il 1 yanvar tarixinə Bakı şəhər telefon şəbəkəsində 31 stansiya və yarımstansiya fəaliyyət göstərir. Bunlardan 5-i koordinat, 23-ü dekadaddımç 3-ü MB sistemli idi.

 1990-ci il Dekabrın 24-də taksofon qovşağı yaradılır.

 1992-ci il Noyabrın 14-də Bakıda 93/98 ilk elektron ATS istismara verilir. 31 dekabr tarixə respublikada əsas telefon aparatlarının sayı 629,8 min ədəd təşkil edir Bakı şəhərində 1920 kanal təşkil etməyə imkan verən PDH-140 transmissiya sistemləri və optik kabellə stansiyalararası rabitə yaradılır

 1996-ci  Bakı şəhərində əsas telefon aparatlarının sayı 3004473 ədədə, hər 100 ailəyə düşən telefon aparatlarının sayı isə 62,5 ədədə çatdırılır.

  1998-ci il  İyun ayının 10-da ATS-40/41-in əsasında K-4 qovşağı, iyul ayının 30-da ATS- 30/31-in əsasında K-3 qovşağı, dekabr ayının 7-də ATS- 50/51-in əsasında K-5 qovşağı, 24 dekabrın tarixində Oğuz ATS-i dekabr ayının 25-də ATS-54/59, dekabr ayında Dəvəçi ATS-i, qax ATS-i, Quba ATS-i rekonstruksiya edilərək müasir tipli elektron ATS-lərə çevrilir.

   2001-ci il May ayının 10-da Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində “Bakİnternet” ilk dövlət internet şəbəkəsi yaradılır.

  2001-ci il 20 Dekabrda Mehmandarov qəsəbəsində 3072 nömrə tutuma malik müasir EATS istifadyə verilir.

  2001-ci il  Dekabrın ayının 31-də şəhərində tutumu 5000 nömrə olan DMS-tipli ATS-27 istifadəyə verilir. 31 dekabr respublika üzrə ümumi montaj olunmuş tutum 65,2 min nömrə artırılaraq 934,4 min nömrəyə, əsas telefon aparatlarının sayı isə 63,7 min ədəd artırilaraq 864,8 min ədədə çatdırılır. Elektron ATS-lərin tutumu 37,3% təşkil edir.