|
80-ci
illərdə, əvvəllər Bakı şəhərində üç telefon qovşağından biri
kimi faliyyət göstərən Lenin Telefon Qovşağının yenidən təşkil
olunması nəticəsində yaradılan Sabunçu Telefon Qovşağının xidmət
sahəsinə, Sabunçu rayonu və Suraxanı rayonunun bir hissəsi
daxildir. Nömrə tutumu 90.000-ə yaxındır. Qovşaq Bakıxanov
qəsəbəsində yerləşir. Qovşaqda 310 nəfər mühəndis-texniki işçi
və qulluqçu işləyir.
Xidmət
edilən ATS-lər.
EATS-425
Huawei tipli stansiyadır. Montaj tutumu 6928 nömrədir.
EATS-425 Bakıxanov qəsəbəsində yerləşir. Xətt və stansiya
avadanlıqlarının istismarına 16 nəfər mütəxəssis xidmət
göstərir. Stansiya 2005-ci ilin sonunda yeni inşa olunan binada
qurularaq istismara verilmişdir.
EATS-427
Huawei tipli stansiyadır. Stansiyanın ümumi montaj tutumu 8032
nömrədir və Suraxanı rayonunun ərazisində yerləşir. EATS-427
2006-cı ildə rekonstruksiya olunmuşdur. Bu EATS-ə əlavə 2 ədəd
ONU-672 tipli Remut stansiya qoşulmuşdur. ONU-672-lərdən biri
Dədə Qorqud massivində, digəri isə Qaraçuxur qəsəbəsində
yerləşir. Stansiyaların ,hər birinin tutumu 672 nömrədir. Bu
stansiyalar geniş servis xidmətlərinə malikdirlər. Qaraçuxur
qəsəbəsinin sakinlərinə rabitə xidmətləri göstərən stansiya və
xətt sahəsində 25 nəfər mütəxəsis çalışır.
EATS-428/429
DMS tipli stansiyadır. Bu stansiyanın montaj tutumu 17336
nömrədir. Stansiya qovşağın inzubati binasında yerləşir.
EATS-428/429 2004-cü ilin II yarısında istifadəyə verilmiş və
köhnə DA tipli 425 saylı ATS ləğv edilmişdir. Hazırda
Bakıxanov qəsəbəsinin sakinlərinə rabitə xidmətləri göstərən
EATS-in xətt və stansiya sahəsində 36 nəfər işçi personal
çalışır.
EATS-450/451
Sabunçu rayonunun ərazisində yerləşir, 1998-ci ildə Türkiyənin
Alkatel şirkəti tərəfindən qurularaq istismara verilmişdir.
EATS-in montaj tutumu 8383 nömrədir. 2007-ci ilin oktyabr ayında
EATS-in tutumu artırılaraq əlavə 1888 nömrəli yeni NGN tipli
stansiyası abunəçilərin istifadəsinə verilmişir. Bu müasir
stansiya bir çox servis xidmətlərinə malikdir. Bu stansiyaya
DRX-4 tipli, tutumu 2000 nömrə olan Balaxanı qəsəbəsi və Karel
tipli, tutumu 1536 nömrə olan Ramanı kənd EATS-ləri
bağlanmışdır. Ümumilikdə bu EATS-lərin xətt və stansiya
avadanlıqlarına 39 nəfər işçi personal xidmət göstərir.
EATS-452/458 Suraxanı
rayonunun Əmircan qəsəbəsində yerləşir. Stansiya 2005-ci ilin I
rübündə istifadəyə verilmişdir və Huawei tiplidir. Montaj
tutumu 14624 nömrədir. Bu stansiyaya əlavə 2 ədəd Remut
stansiya bağlanmışdır. Bunlardan tutumu 2256 nömrə olan yeni
Suraxanı və Ramanı qəsəbəsi Aeroport yolunda yerləşən tutumu 672
nömrə olan ONU-672 daxildir. EATS-452/458 və 2 ədəd Remut
stansiyalarına ümumilikdə 34 nəfər işçi personal xidmət
göstərir.
EATS-455 Maştağa
qəsəbəsində yerləşir və S-12 tiplidir. Bu stansiya Türkiyənin
Alkatel şirkəti tərəfindən tikilərək istifadəyə verilmişdir.
Stansiya 2004-cü ilin sonunda yeni inşa edilən binada
quraşdırılmışdır.
EATS-in açılışında
Azərbaycan Respublikasının Prezidenti Cənab İ.H.Əliyev iştirak
etmişdir. EATS-in nəzdində internet klub, linqafon otağı, bufet,
poçt şöbəsi fəaliyyət göstərir. Montaj tututmu 5504 nömrədir.
Yaxın vaxtlarda əlavə 1000 nömrənin artırılması nəzərdə
tutulmuşdur. Bu EATS-ə əlavə 4 ədəd Remut stansiyalar
bağlanmışdır. Belə ki, bunlar tutumu 512 nömrə olan Nardaran
bağ, tutumu 1536 nömrə olan Bilgəh, tutumu 1280 nömrə olan
Nardaran kənd S-12 tipli Remut stansiyaları və tutumu 1072
nömrə olan Savalan yaşayış massivində qurulan Karel tipli
stansiyadır. Bu stansiyaların hamısında ümumilikdə 30 nəfər işçi
çalışır.
EATS-457
Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşir, S-12 tipli
stansiyadır. Montaj tutumu 5392 nömrədir. Bu stansiyaya Hövsan
kəndində yerləşən, tutumu 800 nömrə olan DRX-4 tipli stansiya
bağlanmışdır. Bu EATS-in xətt və stansiya avadanlıqlarına 22
nəfər texniki heyyət xidmət göstərir.
EATS-550/551
Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşir, Huawei
tipli stansiyadır. Montaj tutumu 6032 nömrədir. Stansiya 2006-cı
ildə rekonstruksiya olunmuşdur. Bu EATS-ə əlavə 4 ədəd, hər
birinin tututmu 856 nömrə olan DRX-4 tipli Ramanı Sovxoz,
tutumu 1280 nömrə olan DRX-4 və Karel tipli Kürdəxanı,
tutumu 1376 nömrə olan DRX-4 tipli Pirşağı kənd və tutumu 832
nömrə olan DRX-4 tipli Pirşağı Sovxoz EATS-ləri bağlanmışdır.
Bu 4 ədəd Remut stansiyaların prefiksləri 551-lə başlayır. Bu
EATS-lərin xətt və stansiya avadanlıqlarına ümumilikdə 22 nəfər
texniki personal xidmət göstərir.
Sabunçu Telefon
Qovşağının bütün EATS-lərində birgə müəssələrin (Azdatakom,
Smart, Uninet, Kaspel, Azevrotel, Katel və.s) avadanlıqları
yerləşir. Həmçinin bütün EATS-lərdə abunəçilərə sürətli internet
xidməti göstərmək üçün ADSL avadanlıqları quraşdırılmışdır.
|