Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Baş direktoru Hüseynov Beytulla İbrahim oglu

Hüseynov Beytulla İbrahim oğlu 1963-cü il yanvar ayının 28-də Naxçıvan Muxtar Respublikasının İliç rayonunun Sədərək kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Politexnik institutunun "Elektrotexnika" fakültəsinə daxil olan B.Hüseynov 1984-cü ildə həmin institutu müvəffəqiyyətlə bitirərək "Çoxkanallı elektrik rabitəsi mühəndisi" ixtisasına yiyələnib.
1984-cü ildə təyinatla Naxçıvan Muxtar Respublikasının TİPİ-nə göndərilib. 01.02.1989-cu il tarixdən  Telekommunikasiya qovşağında rəis, 01.04.1992-ci il tarixdən Naxçıvan MR Poçtampında baş mühəndis, 01.04.1994-cü il tarixdən isə Naxçıvan Telekommunikasiya Şəbəkəsinin rəisi vəzifələrində çalışıb.
23.08.1998-ci ildən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Qaradağ Telefon Qovşağında rəis, 05.07.1999-cu il tarixdən Əzizbəyov Telefon Qovşağında rəis əvəzi və rəis vəzifələrini icra edib.   2001-ci ilin yanvar ayından Nizami Telefon Qovşağına rəhbərlik edən B.Hüseynov daha sonralar Xətai (15.05.2003-31.05.2004) və Yasamal (31.05.2004-18.04.2005) Telefon Qovşağlarında rəis vəzifəsində çalışıb.
Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Bakı şəhərı və ümumilikdə Respublikanın telekommunikasiya şəbəkəsinə yaxından bələd olan Hüseynov  Beytulla İbrahim oğlu Azərbaycan Respublikası Rabitə və İnformasıya Texnologiyaları Naziri cənab Əli Abbasovun əmri ilə 18.04.2005-ci il tarixdən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir, 4 övladı var.