Qaradağ Telefon Qovşağı

Qaradağ rayonunun ərazisində rayonun mərkəzi olan Lök-batan  qəsəbəsində yerləşir. Əvvəllər Yasamal Telefon Qovşağının tərkibində olub. 1991-ci ilin mart ayından Qaradağ Telefon Qovşağı kimi fəaliyyətə başlayıb. Fəaliyyətə başlayarkən tərkibində Lök-batan (5000 nömrə), 2 yardımçı stansiyası ilə Qızıldaş (200 nömrə) və Puta (150 nömrə), Sahil (400 nömrə) ,Ələt (3000 nömrə) ATS-lərdən ibarət olub. Hal-hazırda Qovşağın tərkibində 35 minə yaxın nömrə tutumundan ibarət 16 EATS fəaliyyətdədir. Qovşağın xidmət ərazisinə bütün Qaradağ rayonu daxildir. Qovşaqda 120 nəfər mühəndis, texniki-işçi və qulluqçu işləyir.

 EATS 445 Lök-batan qəsəbəsində qovşağın inzibati binasında yerləşir. 1975-ci ildən fəaliyyətdədir. 9300 nömrə tutumundan ibarətdir. 2003-cü ildən rekonstruksiya edilib, S-12 stansiyası quraşdırılıb. Lök-batan qəsəbəsində yeni yaşayış massivində 545 indeksi ilə daha bir 3000 nömrəlik «ONU» tipli  stansiya 2007-ci ilin dekabr ayında istismara veriləcəkdir. 

Qızıldaş qəsəbəsində 545 indeksli telefon stansiyası 1989-cu ildə fəaliyyətə başlayıb. 2002-ci ildə «KVANT-E» tipli stansiya rekonstruksiya edilib, 1152 nömrə tutumundan ibarətdir. 3 nəfər rabitəçi  çalışır.

 Puta qəsəbəsində ilk telefon stansiyası 1991-ci ildən fəaliyyətə başlayıb. 2002-ci ildə «Karel» tipli stansiya rekonstruksiya edilib, 288 nömrə tutumundan ibarətdir.

 «KVANT-E» tipli 545 indeksli Korgöz EATS-i 2005-ci ildən istismara verilib, 512 nömrə tutumundan ibarətdir.

 Sahil qəsəbəsində 446 indeksli telefon stansiya 1969-cu ildən fəaliyyətə başlayıb. 2003-cü ildə «S-12» tipli stansiya rekonstruksiya edilib, 6220 nömrə tutumundan ibarətdir. Stansiya və xətt qurğusunda 14 nəfər mühəndis texniki işçi çalışır. 

Ələt qəsəbəsində 544 indeksli telefon stansiya 1988-ci ildən fəaliyyətə başlayıb. 2004-cü ildə «KVANT-E» tipli stansiya rekonstruksiya edilib, 2688 nömrə tutumundan ibarətdir. Stansiya və xətt qurğusunda 8 nəfər mühəndis texniki işçi çalışır.

 Qobustan qəsəbəsində 544 indeksli telefon stansiya 1998-ci ildən fəaliyyətə başlayıb. 2001-ci ildə «KVANT-E» tipli stansiya rekonstruksiya edilib, 3072 nömrə tutumundan ibarətdir. Stansiya və xətt qurğusunda 9 nəfər rabitəçi  çalışır.

 Şıxlar qəsəbəsində «KVANT E» tipli 544 indeksli ATS 2003-cü ildə  istismara verilib, 1024 nömrə tutumundan ibarətdir. Stansiyada 2 nəfər texniki işçi fəaliyyət göstərir. 

Səngəçal qəsəbəsində 544 indeksli «KVANT-E» tipli stansiya 2003-cü ildə istismara verilib, 1024 nömrə tutumundan ibarətdir.

 Səngəçal qəsəbəsində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı NQÇİ-nin yataqxanasında 2005-ci ildə  80 nömrə tutumundan ibarət 544 indeksli     «Karel» tipli  stansiya istismara verilib.

 Ümüd ATS-i DRX-4 tiplidir. Dövlət Neft Şirkəti tərəfindən respublika Prezidenti İlham Əliyev Cənablarının təşəbbüsü ilə «Ümüd» qaçqınlar şəhərciyində  2005-ci ildə quraşdırılmışdır, 416 nömrə tutumundan ibarətdir.

 446 Çeyildağ qəsəbəsində 446 indeksli ATS 2005-ci ildə «KVANT-E» tipli stansiya istismara verilib, 160  nömrə tutumundan ibarətdir.

 Müşfiq qəsəbəsində 410 indeksli telefon stansiya 1998-ci ildən fəaliyyətdədir. 2006-cı ildə «HUAWEI» tipli 4432 nömrə tutumundan ibarət stansiya rekonstruksiya edilmişdir, 10 nəfər işçi çalışır. 

2006-cı ildə Lök-batan qəsəbəsində Əlvan Metallar Zavodunun yaşayış massivində 128 nömrəlik «Karel» tipli stansiya, Bakı Səlyan yolunun 24 km-də AJC MMC şirkətində isə 100 nömrəlik  EATS istismara vermişdir.