|
Qovşağ
əvvəllər mövcud olan Lenin Telefon Qovşağının 80-cı illərdə
bölünməsi nəticəsində təşkil olunmuşdur. Qovşağın xidmət
ərazisinə Əhmədli, Günəşli, Köhnə Günəşli, Yeni Günəşli, 8-ci km
yaşayış massivləri daxildir. Qovşaq Nizami rayonu ərazisində
Qara Qarayev metro stansiyasının yaxınlığında yerləşir.
Qovşaqda 320 nəfər mühəndis-texniki işçi və qulluqçu işləyir.
EATS-421/422, ATS-423, ATS-471/472/473/479, ATS-474/475/476/470,
EATS-477/478, Mehmandarov EATS-579, Zığ EATS-478, Naximov
EATS-479, Neapol 43 (ONU-1), E.Süleymanov 49 (ONU-2), bu
qovşağın stansiyalarıdır. Bu stansiyaların 129840 nömrə tutumu
vardır. Müasir standartlara uyğun, vətəndaşlara yüksək səviyyədə
xidmət göstərmək üçün kompüterləşdirilmiş abunəçi şöbəsinə
malikdir.
EATS-421/422 Nizami rayonu ərazisində Qara Qarayev metro
stansiyası yaxınlığında yerləşir. Stansiya dekad-addım tipli
olub. 1969-cu ildə tikilib istismara verilmişdir. 8 300 nömrə
tutumu olub. Ətraf yaşayış sahələri bu stansiyanı xidmət
vəzifəsinə daxildir. 2001-ci ildə ATS Rekonstruksiya olunaraq
genişlədirilmiş, DMS tipli yeni elektron stansiyası kimi
fəaliyyət göstərməyə başlamışdır. Hazırda bu stansiyanın tutumu
17123 nömrəyə çatdırılmışdır. ATS-in stansiya və xətt sahəsində
49 nəfər mühəndis-texniki işçi və qulluqçu çalışır.
ATS-423 Nizami rayonu ərazisində Qara Qarayev
metrostansiyasının yaxınlığında, qovşağın inzibati binasında
yerləşir. Stansiya kordinat tiplidir. 1991-ci ildə quraşdırılıb
istismara verilmişdir. 10000 nömrə tutumuna malikdir.
ATS-421/422 ilə qonşuluqda yerləşən ATS-423 ətraf yaşayış
sahələrindəki vətəndaşlara telefon rabitəsi xidməti göstərir.
Xətt avadanlıqları ATS-421/422-nin xətt avadanlıqları ilə vahid
bir şəbəkə təşkil etdiyi və eyni ərazidə yerləşdiyi üçün eyni
texniki işçilər həm də ATS-423-ün xətt sahəsinə xidmət edir. ATS-in
stansiya avadanlıqlarına 30 nəfərə yaxın mühəndis-texnik işçi və
qulluqçu xidmət edir.
ATS-471/472/473/479 Xətai rayonunun ərazisində Əhmədli
qəsəbəsində yerləşir. 35896 min nömrə tutumuna malikdir.
ATS-471/472/473 (tutumu 29 min nömrə) kordinad tipli, EATS-479
isə S-12 tipli elektron stansiyasıdır. Kordinat tipli ATS-lər
1980-cı ildə, elektron tipli ATS isə 2004-cü ildə tikilib
istismara verilmişdir. Əsas xidmət və ərazisi Əhmədli yaşayış
massividir. ATS şəhər telefon şəbəkəsinin ən böyük tutuma malik
stansiyalarından sayılır. Stansiya və xətt avadanlıqlarının
istismarı ilə 74 nəfərə yaxın mühəndis-texniki işçi və qulluqçu
məşğuldur.
ATS-474/475/476/470 Xətai rayonu ərazisində Xalqlar Dostluğu
metro stansiyası yaxılığında yerləşir.ATS-474/475/476 analoq
tipli (tutumu 30 min nömrə), EATS-470-isə S-12 tipli elektron
stansiyadır 2004-cü ildə istifadəyə verilib. ATS-474/475/476 isə
1982-ci ildə tikilib istismara verilmişdir. Stansiyanın əsas
xidmət ərazisinə 8-ci km və Əhmədli yaşayış massivləri daxildir.
ATS-in stansiya və xətt qurğularının istismarı ilə 83 nəfərə
yaxın mühəndis-texniki işçi və qulluqçu məşğuldur. 2007-ci ildə
qovşağın inzibati binasında 570 indeksi ilə tutumu 1024 nömrə
olan DRX 4 stansiyası və onun xidmət ərazisi olan Neapol 43-də
tutumu 1840 nömrə olan 570 indeksi ilə ONU-1, həmçinin
E.Süleymanov 49-da tutumu 1840 nömrə olan 570 indeksi ilə ONU-2
stansiyası quraşdırılıb istifadəyə verilmişdir.
EATS-477/478 Yeni Günəşli yaşayış massivi ərazisində yerləşir.
DMS-100 elektron tipli stansiyasıdır. 1993-cü ildə Türkiyənin
NETAŞ şirkətinin mütəxəssisləri tərəfindən quraşdırılıb
istismara verilmişdir. İlkin mərhələdə 3000 nömrə tutumuna malik
olan bu stansiyanın sonradan tutumu ehtiyac yarandıqca
mərhələ-mərhələ artırılmış və hal-hazırda 12774 nömrəyə
çatdırılmışdır. ATS əsasən Yeni Günəşli sakinlərinə xidmət
göstərir. Stansiya və hazırda xətt avadanlıqlarının istismarı
ilə 29 nəfərə yaxın işçi məşğuldur.
Qovşağın xidmət əraziləri sayılan Zığ, Mehmandarov, Naximov
yaşayış sahələrində 3 kiçik tutumlu ATS qurulub:
ATS Zığ 478 Zığ yaşayış qəsəbəsində tutumu 2774 nömrə olan
Remut elektron stansiyadır. Bu stansiya 2001-ci ildə
quraşdırılaraq istismara verilmişdir.
EATS Mehmandarov -579 Mehmandarov yaşayış qəsəbəsində tutumu
4475 nömrə olan Remut elektron stansiyadır. Bu stansiya 2001-ci
ildə quraşdırılaraq istismara verilmişdir.
EATSNaximov -479 Naximov yaşayış qəsəbəsində tutumu 2432 nömrə
olan Remut elektron stansiyadır. Bu stansiya 2002-ci ildə
quraşdırılaraq istismara verilib. |