|
Bu qovşaq əvvəllər şəbəkədə mövcud olan üç telefon qovşağından
biri Lenin telefon qovşağının bazasında yaradılmışdır. 80-cı
illərdən başlayaraq müstəqil qovşaq kimi fəaliyyət göstərir.
Qovşaq Mərdəkan qəsəbəsində yerləşir. Əsasən Mərdəkan, Buzovna,
Binə, Türkan, Zirə, Qala, Pirallahı, Albalılıq bağ massivi,
Gürgan,Türkan üzümçülük qəsəbələrinin əhalisinə rabitə xidməti
göstərir. Qovşaq müasir standartlara uyğun kompyuterləşdirilmiş
abunəçi şöbəsinə malikdir. EATS 453/553, EATS 454/554, EATS
459/559, EATS 456/556 və EATS 457 qovşağın stansiyalarıdır.
Qovşaqda 172 nəfər mühəndis-texniki işçi və qulluqçu işləyir.
EATS 453/553 * Buzovna qəsəbəsində yerləşir. Respublikada ilk
koordinat tipli ATS kimi fəaliyyət göstərmişdir. 2000-ci ildə bu
stansiya rekonstruksiya olunaraq yeni S-12 tipli EATS-lə əvəz
olunmuşdur. 7512 nömrə abunə tutumuna malikdir. Stansiyanın
Bilgəh sanatoriya zonasında 1504 nömrəlik, Albalılıq bağ
massivində 2046 nömrəlik köməkçi stansiyaları mövcuddur. ATS-in
stansiya və xətt qurğularında 30 nəfərə yaxın mütəxəssis çalışır.
EATS 454/554 * Mərdəkan qəsəbəsində Qovşağın inzibati binasında
yerləşir. Əvvəllər köhnə dekad-addım tipli ATS 454 kimi
fəaliyyət göstərmişdir. 1999-cu ildə Türkiyə mütəxəssislərinin
tərəfindən rekonstruksiya olunaraq genişləndirilmişdir. 10 min
nömrə tutumuna malik S-12 tipli elektron stansiyası Mərdəkan
qəsəbəsi və ətraf kəndlərin sakinlərinə, müəssisə və
təşkilatlara keyfiyyətli rabitə xidməti göstərir. Şağan kəndində
2048 nömrəlik, Dövlət rayon elektrik stansiyası yaşayış
sahəsində 1456 nömrəlik, Türkan qəsəbəsində 2048 nömrəlik,
Türkan üzümçülük qəsəbəsində 256 nömrəlik, Gürgan qəsəbəsində
256 nömrəlik, Qala kəndində 1104 nömrəlik, Qala stansiya 608
nömrəlik, Qala hərbi şəhərcik 768 nömrəlik, Sahil stansiya bağ
massivində 896 nömrəlik ONU-1 tipli köməkçi stansiya istifadəyə
verilmişdir. EATS-in stansiya və xətt qurğularının istismarında
50 nəfərə yaxın mühəndis- texniki işçi və qulluqçu çalışır.
EATS 456/556 * Binə qəsəbəsində yerləşir. Əvvəllər koordinat
tipli ATS kimi fəaliyyət göstərən Binə ATS-i 2004-cü ilin
sonunda HUAWEİ şirkətinin mütəxəssisləri tərəfindən daha müasir
texnologiyaya uyğun 6308 nömrə tutuma malik C&C08 tipli EATS-lə
əvəz edilmişdir. İqtisadi cəhətdən sərfəli və müasir
texnologiyalara cavab verən ONU-2 tipli 896 nömrə tutuma malik
xidmət olunmayan yarımstansiya əhalinin istifadəsinə verilmişdir.
Hövsan südçülük sovxozu ərazisində 1664 nömrə tutuma malik RSP
tipli yarımstansiya mövcuddur.
EATS-456 (Zirə) * Zirə qəsəbəsində yerləşir. Əvvəllər 1500 nömrə
tutuma malik koordinat tipli ATS idi. 2004-cü ildə
rekonstruksiya olunaraq 2384 nömrə tutuma malik RSM tipli EATS
ilə əvəz edilmişdir. 10 nəfər mühəndis texniki işçi çalışır.
EATS - Zirə qəsəbəsi və ətraf bağ massivində yaşayan əhaliyə
yüksək keyfiyyətli rabitə xidməti göstərir.
EATS 457 * Pirallahı qəsəbəsində əhalisinin əksəriyyəti
neftçilər təşkil edən qəsəbə sakinlərinə xidmət göstərir. Köhnə
dekada addım tipli ATS 2004-cü ildə rekonstruksiya olunaraq 3520
nömrə tutuma malik RSM tipli EATS-lə əvəz edilmişdir. EATS-in
stansiya və xətt qurğularında 10 nəfər mühəndis texniki işçi
çalışır.
|